Makkeyndən Pekinə hədə: “Dərhal cavab verməlidir”
Bizi izləyin

Dünya

Makkeyndən Pekinə hədə: “Dərhal cavab verməlidir”

“Əgər Pekin Cənubi Çin dənizini özünün zonası elan edərsə, ABŞ Çinin dəniz hegemonluğuna qarşı təcili etiraz etməyə məcburdur”.

Publika.az xəbər verir ki, bu haqda Arizona ştatından olan amerikalı senator Con Makkeyn “Financial Times” qəzeti üçün yazdığı məqaləsində bildirib.

Onun sözlərinə görə, ABŞ Cənubi Çin dənizinin mübahisəli zonalarında Çinin iddialarına dərhal etiraz etməyə hazır olmalıdır. Siyasətçinin fikrincə, Pekin bölgədə vəziyyəti hərbiləşdirməyə davam edir.

“Obama administrasiyası risk etməyə qorxur. Bu siyasət dəniz hegemonluğuna nail olmaq istəyən Çinin cəhdlərini saxlaya bilmir. Hazırkı vəziyyət isə regional partnyorlar və Amerikanın müttəfiqlərini təşvişə salıb”, - Makkeyn yazıb.

Siyasətçi vurğulayıb ki, Asiya-Sakit okean regionunda ABŞ-ın siyasəti üçün iki aylıq dövr başlayır. İyun ayında Haaqa Arbitraj Məhkəməsinin Daimi Palatası Cənubi Çin dənizində Filippin və Çin arasındakı ərazi mübahisəsi üzrə hökm çıxaracaq. Filippin 2013-cü ilin yanvarında beynəlxalq tribunala müraciət edərək Çinin Cənubi Çin dənizindəki iddialarına qarşı çıxıb. Ancaq rəsmi Pekin beynəlxalq arbitrajda bu məsələnin həlli imkanını qəti surətdə rədd edir.

Qeyd edək ki, Çin, Yaponiya, Vyetnam və Filippin arasında Şərqi Çin və Cənubi Çin dənizlərində məsuliyyət zonaları üzrə fikir ayrılıqları var. Pekin hesab edir ki, bir sıra ölkələr, o cümlədən Filippin və Vyetnam regionda gərginliyin artırılması üçün ABŞ-ın dəstəyindən şüurlu olaraq istifadə edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm