ABŞ Ukraynanı Rusiyaya “satdı” – Vaşinqton geri addım atır
Bizi izləyin

Dünya

ABŞ Ukraynanı Rusiyaya “satdı” – Vaşinqton geri addım atır

“ABŞ hakimiyyəti Rusiyanın narazılığına səbəb olmamaq üçün Ukrayna hərbçilərinin hərbi hazırlığını azaldıb”.

Publika.az xəbər verir ki, bu barədə “USA Today” nəşri yazıb.

Məlumata görə, Kiyev daha əvvəl Ukrayna Silahlı qüvvələri üçün snayperlərin təliminə başlamaq xahişi ilə çıxış edib. Ancaq Amerika rəhbərliyi mənfi cavab verib. Nəşrin məlumatına görə, Vaşinqton Donbasda vəziyyətin nizama salınması üzrə yardım çərçivəsində Ukrayna hərbçilərinə müdafiə taktikalarını öyrətməyi planlaşdırır, amma ölkəyə hücum silahlarını çatdırmağa hazırlaşmır.

“Bizim hədəfimiz ondan ibarətdir ki, ukraynalılara öz ərazisini daha effektiv müdafiə etməyə kömək edək. Ancaq bu halda münaqişə kəskinləşməməlidir”, - ABŞ müdafiə nazirinin köməkçisinin müavini Maykl Karpenter vəziyyəti şərh edib.

Nəşr qeyd edir ki, Vaşinqtonun qərarı respublikaçılarda mənfi reaksiya doğurub. Respublikaçılar Ağ Evin Moskva ilə bağlı siyasətini çox ehtiyatlı hesab edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm