Politoloq: “Putin ona nifrət edir, amma...”
Bizi izləyin

Dünya

Politoloq: “Putin ona nifrət edir, amma...”

“Rusiya prezidenti Vladimir Putin Rusiyada qanunsuz həbs edilən Ukrayna pilotu Nadejda Savçenkoya nifrət edir. Buna baxmayaraq, Putin son anda onun azad olunması haqqında qərar qəbul edə bilər”.

Publika.az xəbər verir ki, bunu Ukrayna mediasına açıqlamasında rusiyalı politoloq, jurnalist Andrey Piontkovski deyib.

“Putin Savçenkoya nifrət edir. Amma Putin anlayır ki, pilotun həlak olması prosesləri kəskin sürətləndirəcək və Qərbin təzyiqi güclənəcək. Qərbin təzyiqi Birləşmiş Ştatlarda növbəti administrasiyanın gəlişinin növbəti günü başlayacaq”, - Piotkovski bildirib.

Politoloqun sözlərinə görə, Rusiyada hakimiyyət dəyişməsi məsələsi Qərbin əlindədir: “Qərb istənilən vaxt təzyiqi gücləndirə bilər. Barak Obamanın xəttinə qarşı Müdafiə Nazirliyi, hətta kəşfiyyat və Konqres açıq fikir bildirir. Amma Qərbin reaksiyası çox sərt olacaq. Fikrimcə, Putin Savçenkonu son anda buraxmalı olacaq”.

Rusiyada həbsdə saxlanılan Ukrayna Hərbi Hava Qüvvələrinin baş leytenantı Nadejda Savçenko martın 22-də 22 il müddətinə azadlıqdan məhrum edilib. Ukraynalı pilot həmçinin 30 min rubl cərimə edilib.

Qeyd edək ki, 35 yaşlı Savçenko 2014-cü il 23 iyun tarixində Donbasda gedən döyüşlər zamanı saxlanılaraq Rusiyaya aparılıb. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunur. Aprelin 12-də Savçenkonun aclıq aksiyasının yeddinci günü tamam olub. Onun vəkili Mark Feyqinin sözlərinə görə, pilotu xəstəxanaya yerləşdirməyi planlaşdırırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm