• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

“Bu hadisə siyasi sirkə son qoymalıdır”

  • Dünya
  • 13 Aprel 2016 01:08
  • 624 Baxış
“Bu hadisə siyasi sirkə son qoymalıdır”

“Baş nazir Arseniy Yasenyukun istefası Ukraynada vəziyyətin yaxşılaşacağına ümid vermir. Ancaq bu hadisə Kiyevdə siyasi sirkə son qoymalıdır”.

Publika.az xəbər verir ki, bu haqda Avstriyanın “Der Standard” nəşri yazıb.

“Ukrayna vətəndaşları hökumətdən daha heç nəyi gözləmirlər. Prezident Pyotr Poroşenko və baş nazir Arseniy Yasenyuk iki il əvvəl hakimiyyətə gələrək həddən artıq lovğa bəyanatlar verdilər. Xüsusən, Ukraynanı Avropaya aparacağını və korrupsiyaya qalib gələcəyini bildirdilər. Belə vədlərlə daha əvvəl digər siyasi tandem – “Narıncı inqilab”ın əsas liderləri Viktor Yuşenko və Yuliya Timoşenko çıxış edirdi. Ssenarinin təkrarı xalqda yalnız nifrətə səbəb olur. Hökumətə etibar minimum səviyyəyə qədər düşüb, Yasenyukun reytinqi artıq bir neçə aydır sıfır ətrafında tərəddüd edirdi”, - məqalənin müəllifi vurğulayıb.

Məqalədə qeyd edilir ki, Yasenyukun istefa haqqında qərarı tamamilə məntiqli idi.

Qeyd edək ki, Arseniy Yasenyuk aprelin 10-da istefa verib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>