Gey-stüardlar İrana uçmaqdan imtina etdilər
Bizi izləyin

Dünya

Gey-stüardlar İrana uçmaqdan imtina etdilər

“Air France” hava yolu şirkətində stüardlar işləyən geylər İrana uçmaqdan imtina etdilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qeyri-ənənəvi seksual oriyentasiyanın nümayəndələri bunu İranda onları gözləyən ölüm təhlükəsi ilə izah ediblər.

Stüardlar Fransa hökuməti və aviaşirkətin baş direktoruna İrana uçmamaq üçün onlayn-xahiş ediblər. Onlayn-xahiş “Change.org” saytında iki mindən çox imza toplayıb.

Fransa hökuməti və “Air France”nin nümayəndələri hadisəni şərh etməyiblər.

Qeyd edək ki, İran dünyada bircinsli nikahın cinayət sayıldığı 76 ölkədən biridir. Yəmən, Səudiyyə Ərəbistanı, Mavritaniya, Nigeriya, Sudan və Somalidə olduğu kimi İranda da homoseksual əlaqə ölüm cəzası ilə cəzalandırıla bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm