Kommunistlər Əsədə beşinci sinif tarix dərsliyini hədiyyə etdilər
Bizi izləyin

Dünya

Kommunistlər Əsədə beşinci sinif tarix dərsliyini hədiyyə etdilər

Rusiya Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Aleksandr Yuşenko Suriya prezidenti Bəşər Əsədə beşinci sinif tarix dərsliyini hədiyyə edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, dərsliyin üz qabığında Suriyanın qədim şəhəri olan Palmiranın abidələri təsvir edilib.

Dəməşqdə Əsədlə danışıqlardan sonra parlament üzvü bildirib ki, Suriya liderinə Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanovun müraciətini çatdırıb. Rusiya kommunistlərinin lideri tarixə ekskursiya edərək Böyük Vətən Müharibəsində dağıdılan Leninqradı Palmira ilə müqayisə edib.

Bundan başqa, Yuşenko Suriya prezidentinə Yuri Qaqarinin kosmosa uçuşunun 55-ci illiyinin şərəfinə Kommunist Partiyasının adından xatirə medalını hədiyyə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm