Hələbin cənubunda İrana böyük zərbə - 70 döyüşçü öldürüldü
Bizi izləyin

Dünya

Hələbin cənubunda İrana böyük zərbə - 70 döyüşçü öldürüldü

Suriyada davam edən vətəndaş müharibəsində müxalifət güclərinin ən böyük zərbəsini rejimə dəstək verən İran alıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İran İslam İnqilabının Keşikçilər Korpusuna (SEPAH) bağlı 65-ci Hava Desant Birliyi, “Hizbullah” təşkilatı, “Fatimuyn” və “Nuceba” təşkilatları Tel Al-Eys bölgəsinə təşkil etdiyi hücumda müvəffəqiyyətsizliyə uğrayıb.

Müxalif mənbələrinin məlumatına görə, çoxu 65-ci Hava Desant Birliyinin döyüşçüləri olmaqla təxminən 70 rejim tərəfdarı öldürülüb. Mənbələr birliyin tərkibindəki bir polkovnik, iki kapitan və bir leytenantın adlarını açıqlayıb. Bu itkilərdən sonra İran bölgəyə 258-ci xüsusi təyinatlı birliyi və 388-ci piyada birliyini göndərib.

Məlumata görə, müxalifət gücləri Ziytan, Bernah və Xalidiye qəsəbələri üzərində nəzarəti təmin ediblər.

Aprelin 12-də səhər saatlarında yayılan məlumata görə, Suriyanın hökumət qoşunları Hələb şəhərinin cənubunda hücum əməliyyatına başlayıb. Dəməşq strateji əhəmiyyətli Tel Al-Eys yaşayış məntəqəsini “üsyançı qruplaşmalar”dan almağa çalışır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm