AB Yunanıstana vaxt verdi - 2 həftə
Bizi izləyin

Dünya

AB Yunanıstana vaxt verdi - 2 həftə

Avropa Birliyi (AB) üzvü olduğu Yunanıstanın sərhədindəki miqrantların saxlanılması ilə bağlı konkret yekun plan hazırlanması üçün Afina hökumətinə 2 həftə vaxt verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Birliyi Komissiyasının yayımladığı hesabatda qeyd olunur.

Hesabatda deyilir ki, Avropa Birliyi Yunanıstan hökumətinə miqrantlarla bağlı yekun planın hazırlanması üçün aprelin 26-dək vaxt verib:

“Afina hökuməti miqrantların barmaq izlərini Avropa Birliyinin məlumat bankına əlavə etməlidir. İndiyədək bunun edilməməsi Avropa Birliyini ciddi narahat edir. Bununla bağlı Yunanıstan konkret plan təqdim etdiyi təqdirdə, Avropa Birliyi miqrantların təşkilata üzv ölkələrə girişini daha 6 ay uzadacaq. Bu mümkün olmadığı təqdirdə isə proses mayın 12-də yekunlaşdırılacaq. Daha sonra isə Yunanıstanın “Şengen” üzvlüyünün qadağan edilməsi məsələsi gündəmə gələcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm