Tramp: “Bu ölkələr NATO-dan çıxmalıdır”
Bizi izləyin

Dünya

Tramp: “Bu ölkələr NATO-dan çıxmalıdır”

“NATO öz hədəfləri üçün ABŞ-dan istifadə edir. Onlar ABŞ-ı aldadırlar”.

Publika.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ prezidenti postuna iddiaçı, milyarder Donald Tramp CNN telekanalının efirində deyib.

Onun sözlərinə görə, ABŞ ittifaqın mövcudluğu üçün böyük miqdarda vəsait ödəyir: “Biz həddən artıq çox ödəyirik. İyirmi səkkiz ölkə bizdən istifadə edir. NATO-nun xərclərinin əsas yükü ABŞ-ın üzərinə düşür. ABŞ-ın müttəfiqləri ədalətli şəkildə pul ödəmirlər. NATO-nun hərbi xərcləri 28 ölkə arasında ədalətsiz bölüşdürülüb. Ya onlar da ədalətli şəkildə pul ödəməlidir, ya da təşkilatdan çıxmalıdır” - Tramp bildirib.

Amerika milyarderi qeyd edib ki, dünyada böyük dəyişikliklər olmasına baxmayaraq NATO dəyişmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm