Baş Qərargah açıqladı: “41 şəhidimiz var”
Bizi izləyin

Dünya

Baş Qərargah açıqladı: “41 şəhidimiz var”

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda bu günə qədər 220 PKK terrorçusu məhv edilib.

Axar.az xəbər verir ki, Silahlı Qüvvlərin Baş Qərargahından verilən məlumata görə, terrorçularla yaranan qarşıdurmada 41 hərbçi şəhid olub:

“Martın 14-də başlayan əməliyyatlar zamanı 156 barrikada ləğv edilib. Terrorçu sığınacaqlarından 503 ədəd kustar üsulla hazırlanmış əl bombası və xeyli silah-sursat götürülüb. Bölgədə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar davam etdirilir”, - məlumatda qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm