Türkiyədə iki rus agenti tutuldu - FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyədə iki rus agenti tutuldu - FOTOLAR

2015-ci ilin noyabr ayında İstanbulda Çeçenistanın keçmiş səhra komandirlərindən olan Vahid Edelgiriyevi öldürməkdə ittiham olunan 2 rus agenti Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşları tərəfindən tutulub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 52 yaşlı Yuri Anisimov və 55 yaşlı Aleksandr Smirnov İstanbulda ələ keçirilib.

Məlumata görə, rus agentlər aprelin 8-də tutulub. İddiaya görə, agentlər İstanbulda yeni əməliyyat hazırlaşırmışlar və bunun üçün kəşfiyyat apardıqları zaman ələ keçiblər. Lakin əməliyyatın detalları açıqlanmır.

Onların üzərində İnterpola (beynəlxalq polis təşkilatı) aid saxta vəsiqələr, Rusiya dövlət məmurlarına aid çoxlu fotoşəkillər, USB yaddaş kartı, 5 telefon və telefon nömrələri tapılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm