Kameron: “Miqrantların hüququ yoxdur”
Bizi izləyin

Dünya

Kameron: “Miqrantların hüququ yoxdur”

“Böyük Britaniya iqtisadi səbəblərə görə öz sərhədlərini Avropa Birliyinə gələn miqrantlardan müdafiə edəcək”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Devid Kameron deyib.

“Avropa Birliyinə üzv ölkələrə iqtisadi səbəblərdən gələn miqrantlar Böyük Britaniyaya gəlmək hüquqlarına malik deyillər. Britaniya öz sərhədlərini müdafiə edəcək”, - o, əlavə edib.

Avropa Birliyinə (AB) üzv dövlətlərin xarici sərhədlərində əməliyyat əməkdaşlığının idarə olunması üzrə Avropa Agentliyinin ("Frontex") məlumatına görə, AB-yə 2015-ci il ərzində 1,8 milyon miqrant gəlib. Avropa Komissiyası bildirib ki, mövcud miqrasiya böhranı İkinci Dünya Müharibəsindən sonra ən böyük miqrasiya böhranıdır. Avropa Komissiyası qitə ölkələrini humanitar böhran təhlükəsi haqqında xəbərdar edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm