Rusiya jurnalistləri gömrükdə topla saxlanıldı
Bizi izləyin

Dünya

Rusiya jurnalistləri gömrükdə topla saxlanıldı

Rusiyanın “Ulduz” telekanalının jurnalistləri İsveçrəyə daxil olmaq istəyərkən gömrük məntəqəsində saxlanılıb.

Publika.az telekanalın saytına istinadən xəbər verir ki, yoxlama zamanı onlarda top aşkar edilib. “Gömrük əməkdaşları silahın sökülərək qablaşdırıldığını müəyyən ediblər. Təkərlər, top qundağı və lülə xüsusi qutularda ayrı daşınırdı”, - xəbərdə deyilir.

Jurnalistlər topu yük bölməsində aparmağa çalışırdılar.

Qeyd edək ki, “Ulduz” milli televiziya şirkəti Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılmış eyni adlı mediaqrupunun hissəsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm