Putin “inqilab”a hazırlaşır – Lenin dəfn edilə bilər
Bizi izləyin

Dünya

Putin “inqilab”a hazırlaşır – Lenin dəfn edilə bilər

Deyirlər ki, Vladimir Leninin cəsədinin basdırılması Rusiyanı parçalayacaq. Bu, cəfəngiyatdır”.

Publika.az xəbər verir ki, bunu Rusiya jurnalisti Konstantin Eqqert Almaniyanın "Deutche Welle” (DW) nəşri üçün yazdığı məqaləsində deyib.

“İndi biz Leninin saxlanılmasının dəqiq qiymətini bilirik. Bu ildə təxminən 200 min dollara başa gəlir. Hətta iqtisadi böhran dövründə 200 min dollar dövlət büdcəsi üçün cüzi məbləğdir. Ancaq niyə vətəndaşların vergiləri buna sərf olunmalıdır, mənim üçün şəxsən anlaşılmazdır”, - jurnalist yazıb.

Onun sözlərinə görə, rusiyalıların üçdə biri Leninə hörmət edir, onu dövlətin banisi və sosial ədalətin simvolu hesab edir. Konstantin Eqqert qeyd edib ki, vətəndaşların üçdə ikisi Leninin bəyənmir və ya tamamilə laqeyddir.

Jurnalist xatırladır ki, keçmiş prezident Boris Yeltsin kommunistləri çox sevməyib və o, Leninin basdırmağı çox istəyirdi: “Ancaq həmin vaxt kommunistlər siyasi güc kimi oyandılar və onların fəaliyyəti nəticəsində Yeltsin 1999-cu ildə impiçment həddinə gəldi. Ona görə də Yeltsin Lenini dəfn etməkdən imtina etməli oldu. Müxtəlif sorğulara əsasən, Putinin reytinqi 70-80 faiz arasında tərəddüd edir. Əgər səxsən Putinin sözlərinə inansaq prezidentin Lenin və onun silahdaşlarına münasibəti mənfidir. Putin yanvar ayında Leninin Rusiyanın altına atom bombasını qoyduğunu deyib. Bildirdi ki, inqilab onlara lazım deyildi. Lakin bir neçə gün sonra Putin yenidən Leninin mavzoleydən çıxarılması məsələsində “ehtiyatlı olmaq” və “cəmiyyəti parçalamamaq” ehtiyacından danışdı”.

Jurnalistin sözlərinə görə, əslində Putinin qərarı Leninin Sankt-Peterburq qəbiristanlığında basdırılması istiqamətindədir. Konstantin Eqqert cəmiyyətdə heç bir parçalanmanın olmayacağını düşünür: “Az vaxt ərzində Gennadi Züqanovun başçılığı ilə kommunistlər səs-küy salacaqlar. Amma faktiki olaraq, prezident administrasiyasının ştatdankənar əməkdaşları, Rusiya Kommunist Partiyasının liderləri susacaqlar. Lenin tərəfindən yaradılan həbs düşərgələri haqqında iki-üç filmin NTV və “Rossiya 1” telekanallarında nümayiş etdirilməsi kömək edəcək ki, mavzoleyin bağlanması haqqında qərar yeni ictimai reallığın əksi kimi görünsün. Bu addım prezident seçkiləri ərəfəsində Putinə bütün rusiyalıların prezidenti roluna iddia etməyə kömək edərdi. Rus kilsəsinin əsas düşməninin basdırılması Rusiya Pravoslav Kilsəsinə inananların əksəriyyəti tərəfindən bəyənilə bilər. Düşünürəm ki, Kremldə bu ideyanı fikirləşirlər. Ola bilər ki, bunu bolşevik çevrilişinin yüzilliyində - 2017-ci ildə reallaşdırsınlar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm