İsraildən “Yəhudi Qüdsü” xəritəsi – Əl-Əqsa məscidi necə “yoxa” çıxdı? - FOTO
Bizi izləyin

Dünya

İsraildən “Yəhudi Qüdsü” xəritəsi – Əl-Əqsa məscidi necə “yoxa” çıxdı? - FOTO

İsrail Turizm Nazirliyinə bağlı turizm mərkəzlərində xarici turistlərə Qüds xəritəsi paylanılır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, xəritə gerçək Qüdsdən çox fərqlidir.

Qüdsün bəzi bölgələri daha çox tanınan ərəb adları ilə deyil, İsrailin daha sonralar həmin bölgələrə qoyduğu ibri adları ilə göstərilir. Xəritədə müsəlmanlar və xristianlara aid bəzi əhəmiyyətli müqəddəs məkanlar, o cümlədən məscid və kilsələr yoxdur.

Müsəlmanlara aid dini məkan olaraq işarələnilən tək yer Kubbət-üs Səhra Məscididir. Ondan bir neçə yüz metr aralıda yerləşən və müsəlmanların ilk qibləsi olan Əl-Əqsa (Həram üş-Şərif) məscidi isə xəritədə göstərilməyib.

Qüds memarlıq mütəxəssisi olan Camal Ömər isə xəritənin daha böyük bir planın parçası olduğu qənaətindədir.

“İsrail bu bölgənin sivilizasiyasını oğurlamaq və onu tarixindən qoparmaq istəyir. İsrail Qüdsün müzakirələrdə qeyri-müəyyən vəziyyətindən istifadə edərək onu nəzarət altına almaq istəyir. Qüdsü rəsmi olaraq öldürürlər”, - o, deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm