CXP və AKP namizədləri yeni seçkilərin keçirilməsini tələb etdilər
Bizi izləyin

Dünya

CXP və AKP namizədləri yeni seçkilərin keçirilməsini tələb etdilər

CXP və AKP namizədləri yeni seçkilərin keçirilməsini tələb etdilər

Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyasının (CXP) Adana Böyükşəhər Bələdiyyə başçılığına namizədləri şəhərdə seçkilərin yenidən keçirilməsini tələb ediblər.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumatlara görə, AKP namizədi Abdullah Torun və CXP namizədi Yıldıray Arıkan tələbi birgə mətbuat konfransında səsləndiriblər.

CXP namizədi Y.Arıkan bələdiyyə seçkilərində seçki qanunvericiliyinin pozulduğunu bildirib. Seçkilərin təşkili zamanı yol verilən hərəkətlərin seçkilərin yenidən keçirilməsi üçün tam əsas yaratdığını deyən Y.Arıkan “Həmçinin əxlaqi olmayan hər cür hərəkətlərə yol verilib. Adanada iyirmi beş ildir ki, seçkilərdə hiylə işlədirlir. Təəssüf ki, bu seçkilərdə də eyni qaydalar tətbiq olunmuş, eyni vəziyyət yaranmışdır. Mən CXP-nin Adana Böyükşəhər Bələdiyyə başçılığına namizədi olaraq bu seçki nəticələrinin ləğv edilməsinin lazım olduğunu düşünürəm” deyib.

A.Torun da seçkilərin yenidən keçirilməsi ilə bağlı Adana ictimaiyyətinin gözləntilərinin olduğunu bildirib.

“Əvvəlcə səslərin yenidən sayılmasını tələb edirik. Bu da ictimaiyyəti təmin etməzsə, seçkilərin yenidən keçirilməsi üçün bütün şərtlər yaranmışdır”, - AKP-nin bələdiyyə başçılığına namizədi söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm