“Faşist rəqqas” Rusiya kommunistlərini hiddətləndirdi – VİDEO
Bizi izləyin

Dünya

“Faşist rəqqas” Rusiya kommunistlərini hiddətləndirdi – VİDEO

“Rossiya 1“ telekanalında yayımlanan şouda aktyor Aleksandr Petrovun çıxışı sərt reaksiya doğurub.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, Moskva Şəhər Dumasında Rusiya Kommunist Partiyası fraksiyasının başçısı Andrey Klıçkov “Danışır Moskva” radiostansiyasına müsahibəsində aktyorun rəqsini müzakirəyə çıxarmağı təklif edib.

Aleksandr Petrov faşist kostyumunda rəqs edib. Klıçkovun sözlərinə görə, səhnədə SS formasında çıxış qeyri-əxlaqi və qeyri-qanunidir.

“Mən sadəcə xatırlatmaq istəyirəm ki, Rusiya qanunvericiliyi nasizm və faşizmlə bağlı simvolların ictimai nümayişini qadağan edir”, - o, qeyd edib.

Daha əvvəl isə Rusiya Liberal Demokratik Partiyası fraksiyasından Dövlət Dumasının deputatı Roman Xudyakov bildirib ki, rəqs nömrəsi Böyük Vətən Müharibəsində bütün həlak olanların yaddaşını təhqir edir. Parlament üzvü Aleksandr Petrovu efirə buraxan şounun təşkilatçıları və telekanalın rəhbərliyini ittiham edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm