Ərdoğan və Nazarbayevdən İslam çağırışı
Bizi izləyin

Dünya

Ərdoğan və Nazarbayevdən İslam çağırışı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İslam layihəsi ilə bağlı birgə bəyannamə elan ediblər.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, tərəflər arasında razılaşdırılan sənəd İƏT liderlərinin 13-cü sammitində elan edilib.

Ərdoğan və Nazarbayevin birgə bəyannaməsində İƏT ölkələrini islam yaxınlaşmasını dəstəkləməyə və müsəlman cəmiyyəti üçün gələcəkdə buna yeni siyasi platforma kimi baxmaq çağırışı edilib:

"İslam həmrəyliyinə sədaqətimizi qətiyyətlə təsdiq edirik. İƏT-in üzv dövlətlərini İslam dünyasında yeni strategiya hazırlamağa dəvət edirik. İslam ölkələrini beynəlxalq münasibətlərdə gərginliyin azaldılmasında və konkret məsələlərin qəbulunda tövsiyələrini verməyə səsləyirik".

Qeyd edək ki, Nazarbayev və Ərdoğanın tədbirə əl-ələ gəlmələri dünya mediasının diqqətini çəkib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm