• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Ərdoğan: “Birinci Dünya Müharibəsinin şərtləri...”

  • Dünya
  • 14 Aprel 2016 19:29
  • 1 772 Baxış
Ərdoğan: “Birinci Dünya Müharibəsinin şərtləri...”

“Qlobal qərarların verilməsi və tətbiq mexanizmlərindəki ədalətsizlik müsəlmanlarda narahatlıq yaradır”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII sammitin açılışında deyib.

“Məsələn, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında dünya əhalisinin dörddə birini təşkil edən müsəlmanların daimi nümayəndəsi yoxdur. Müvəqqəti üzv olmağının bir mənası varmı? Yoxdur. Qərar beş daimi üzvdən birinin vetosu ilə rədd edilir. Dediyim odur ki, dünya beşdən böyükdür. Artıq dünya Birinci Dünya Müharibəsinin şərtləri ilə yaşamamalıdır. Dünyada şərtlər dəyişib. Elə Birləşmiş Millətlər Təşkilatında da islahatların aparılması vacibdir. Ədalətli bir dünya gözləyiriksə, bunu istəmək haqqımızdır”, - Ərdoğan bildirib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR