Afina Türkiyə ilə müharibə hazırlığına başladı
Bizi izləyin

Dünya

Afina Türkiyə ilə müharibə hazırlığına başladı

Yunanıstanın silahlı qüvvələri Türkiyənin “təxribatları” ilə əlaqədar döyüş hazırlığının yoxlanılması üzrə təlimlərə başlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Yunanıstan Müdafiə Nazirliyindəki mənbə bildirib.

Təlimlər Yunanıstanın müdafiə naziri Panos Kammenosun əmri ilə keçirilir. Mənbə qeyd edib ki, son üç gün ərzində Türkiyə hərbi aviasiyası hər gün Egey dənizinin şimali-şərq hissəsində yunan adalarının üzərinə uçuşlar həyata keçirib. Onun sözlərinə görə, Türkiyə Hərbi Hava Qüvvələri Yunanıstanın hava məkanını daim pozur, amma pozuntular əsasən dənizin üzərində edilirdi. Mənbə bildirib ki, Afina adalar üzərində uçuşları son dərəcə təhlükəli təxribat kimi qiymətləndirir.

“Türkiyə tarixən daxili problemlərə malik olub və onları ixrac etməyə çalışır. Biz buna hazır olmalıyıq”, - mənbə jurnalistlərə deyib.

Təlimlər həmçinin Yunanıstanın şimalında, Makedoniya ilə sərhəddə keçirilir. Amma mənbə qeyd edib ki, ordunun təlimləri heç bir halda miqrantlarla bağlı deyil.

“Ordu daxili işlərə qarışmır, bu polisin işidir. Biz təhdidlərə qarşı daim hazır olmağa məcburuq. Bir halda ki, Makedoniya hakimiyyəti konstitusiyaya lazımlı dəyişikliklər etməyib. Skopye Yunanıstanın şimal ərazilərinə iddia edə bilər. Çünki qonşu respublika öz adını dəyişdirməkdən imtina edir”, - o, bildirib.

Qeyd edək ki, Yunanıstan qonşu ölkənin “Makedoniya Respublikası” adlandırılmasının əleyhinədir, çünki paytaxtı Saloniki olan tarixi Makedoniya vilayəti Yunanıstanda yerləşir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm