“Bu, Putinin bəyanatına cavab idi”
Bizi izləyin

Dünya

“Bu, Putinin bəyanatına cavab idi”

Rusiyanın beynəlxalq xəbər agentliyi “Sputnik”in Türkiyə xidmətinin bağlanması “birbaşa xətt”in gedişatında Rusiya prezidenti Vladimir Putinin verdiyi bəyanata cavabdır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin başçısı Konstantin Kosaçev deyib.

“Ankara qorxur ki, türklər rusiyalıların onlara və Türkiyəyə münasibəti haqqında həqiqəti biləcəklər”, - komitə sədri bildirib.

Kosaçevin fikrincə, “Sputnik”in türk xidmətinin bağlanmasında Vladimir Putinin Rusiya-Türkiyə münasibətləri haqqında dediyi sözlərə verilən reaksiyanın olduğunu görməmək çətindir.

“Putin xüsusi olaraq qeyd etdi ki, biz Türkiyəni və türk xalqını dost hesab edirik. Bu, açıq-aydın türk təbliğatına ziddir. Deməli, Rusiya prezidentinin sözləri hədəfə dəqiq dəyib”, - siyasətçi qeyd edib.

Qeyd edək ki, Türkiyə Rabitə və Telekommunikasiya Nazirliyi (TİB) “Sputnik News” agentliyinin türk xidmətinin bağlanılması barədə qərar çıxarıb. Agentliyin bağlanmasına səbəb kimi onun Türkiyəyə qarşı kampaniya aparması göstərilir.

Dünən Rusiya prezidenti “birbaşa xətt”də Rusiya-Türkiyə münasibətlərinə toxunub. Putin iddia edib ki, Rusiya Türkiyə üçün dost ölkə olaraq qalır, amma siyasətçilərlə problemlər var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm