Putinin “Birbaşa xətt”inə hücum edildi
Bizi izləyin

Dünya

Putinin “Birbaşa xətt”inə hücum edildi

Hakerlər Rusiya prezidenti Vladimir Putinin “Birbaşa xətt” xüsusi proqramının keçirilməsinə mane olmağa çalışıblar.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “lenta.ru” saytına açıqlamasında deyib.

“Hakerlər videozənglər üçün istifadə olunan proqramı sındırmağa çalışırdılar. Bundan başqa, “Birbaşa xətt” proqramının saytına hücumlar edilirdi. Bir dəfə hətta qısa müddət ərzində saytın fəaliyyəti dayandırılıb, amma onun işini tez bərpa etdilər”, - deyə Kremlin nümayəndəsi bildirib.

Qeyd edək ki, Vladimir Putin dünən rusiyalılarla birbaşa yayımda 3 saat 40 dəqiqə ərzində 75-dən çox suala cavab verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm