“Ölüm marşrutu” yenə işə düşdü
Bizi izləyin

Dünya

“Ölüm marşrutu” yenə işə düşdü

Avropa Birliyi ilə Türkiyə arasında miqrant böhranını yüngülləşdirmək üçün əldə olunan razılaşmadan sonra minlərlə miqrant marşrutu yenidən dəyişib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, miqrantlar yenidən Liviya üzərindən İtaliyaya keçməyə çalışır.

Beynəlxalq Miqrasiya Təşkilatı, son iki gündə 6 mindən çox miqrantın İtaliyaya çatdığını açıqlayıb. Marşrutun dəyişməsinə səbəb kimi Türkiyə-Avropa yolunun bağlanması göstərilir.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 2016-cı ilin əvvəlindən Liviyadan İtaliyaya 17 min 500 miqrant keçib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz çoxdur.

Mütəxəssislərinə görə, Liviya-Avropa marşrutu olduqca təhlükəlidir. Ötən il Aralıq dənizi üzərində keçən bu marşrutda minlərlə insan bataraq həyatını itirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm