Permyakovdan ŞOK ETİRAF: Körpəni ağladığı üçün öldürdüm
Bizi izləyin

Dünya

Permyakovdan ŞOK ETİRAF: Körpəni ağladığı üçün öldürdüm

Rusiyanın Gümrüdə yerləşən 104-cü hərbi bazasının qulluqçusu Valeri Permyakov Avetisyan ailəsinin qətli haqqında danışıb. ANS PRESS-in məlumatına görə, məhkəmədə çıxış edən Permyakov hadisəni hansı səbəbdən törətdiyini izah edə bilmədiyini deyib.

Rusiya tərəfindən keçirilmiş məhkəmədə Valeri Permyakovun dindirilməsindən sonra məhkəmə Ermənistan tərəfinin keçirilmiş dindirmələrinin protokolları ilə tanış olub.

Ermənistanın Gümrü şəhərində ötən ilin yanvarında Avetisyan ailəsini qətlə yetirən rusiyalı əsgər Valeri Permyakovun sözlərinə görə cinayəti törətdikdən sonra, o, Türkiyədən keçməklə evlərinə, yəni Rusiyaya getmək istəyib. Pulu isə oğurluq yolu ilə əldə etməyi planlaşdırıb. Əvvəllər də dediyi kimi, Permyakov Avetisyanların evinə təsadüfən girib. Sadəcə darvazanın açıq olduğunu görüb deyə oraya daxil olub. İttiham olunan şəxs Ermənistan-Türkiyə sərhədinə də necə düşdüyündən xəbərsiz olduğunu bildirib.

"Bəs ailəni nəyə görə öldürmüsən?"- sualına isə Permyakov belə cavab verib: "Bilmirəm, təsadüfən alındı. Balacanı ağladığı üçün öldürdüm, amma əslində, öldürmək planımda olmayıb".

Onun sözlərinə görə, evə girməkdə məqsədi sadəcə əynini dəyişmək və pul oğurlamaq olub.

Valeri Permyakov 2015-ci il yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Qanlı gecədə sağ qalan 6 aylıq Seryoja isə bir həftə sonra xəstəxanada dünyasını dəyişib. Valeri Permyakovu Ermənistan-Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri saxlayıb.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirib. Aksiyalar zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm