Əfqanıstanda 70-dən artıq silahlı məhv edildi
Bizi izləyin

Dünya

Əfqanıstanda 70-dən artıq silahlı məhv edildi

Əfqanıstan hərbiçiləri bir gün ərzində 70-dən artıq silahlı məhv ediblər. Bu barədə məlumat Sinxua agentliyində yer alıb.

Məlumata görə, ölkənin 12 əyalətində dünən axşam başlayan əməliyyatlarda, 74 silahlı öldürülüb, azı 11 silahlı isə yaralanıb.

O da bildirilir ki, öldürülənlərdən 41 nəfəri İŞİD terror qruplaşmasının üzvü olub.

Əməliyyatlar zamanı Nəngərhar və Qəndahar əyalətlərində silahlıların məşq düşərgələri məhv edilib. Döyüşlər zamanı 6 nəfər təhlükəsizlik xidmətinin əməkdaşıda həlak olub. (musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm