Ərdoğan prezident seçkilərində iştirak edəcəkmi? - Rəsmi açıqlama
Bizi izləyin

Dünya

Ərdoğan prezident seçkilərində iştirak edəcəkmi? - Rəsmi açıqlama

Bəşir Atalay: Baş nazirin prezident seçkilərində iştirakı məsələsi hələlik dəqiqləşdirilməyib

Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanın prezident seçkilərində iştirakı ilə bağlı məsələ hələlik dəqiqləşdirilməyib. Bunu Baş nazirin müavini Bəşir Atalay deyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Haber Türk" telekanalı xəbər yayıb.

Onun sözlərinə görə, ölkədə prezident seçkiləri avqustun 10-na təyin edilib.Bir müddət əvvəl Türkiyə KİV-i Ərdoğanın prezident seçkilərində öz namizədliyini irəli sürəcəyi ilə bağlı məlumat yaymışdı.

Türkiyədə prezident seçkiləri iki turda keçiriləcək. Əgər namizədlərdən heç biri birinci turda lazımi sayda səs toplamazsa, onda avqustun 24-də ikinci tur keçiriləcək.

2007-ci ildə keçirilən ikinci turun nəticələrinə görə, əvvəlki prezident seçkilərindən fərqli olaraq, 2014-cü ildən Türkiyədə prezident parlament deyil, xalq tərəfindən seçiləcək. Referendumun nəticələrinə uyğun olaraq, Türkiyənin dövlət başçısı əvvəlki yeddi il əvəzinə beş il müddətinə seçiləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm