• USD 1,7000 0,00% EUR 2,0142 0,00%
    • GBP 2,2029 0,00% RUB 0,0227 0,00%

İntihar etmək istədi, 155 dollar cərimələndi

  • Dünya
  • 16 Aprel 2016 19:16
  • 617 Baxış
İntihar etmək istədi, 155 dollar cərimələndi

Nauru adasındakı Avstraliyanın miqrant mərkəzindən qızı ilə birlikdə çıxarılmasına etiraz olaraq intihar cəhdi edən Sem Nemətiyə cərimə kəsilib.


Yanvar ayında cənab Neməti 8 yaşlı uşağının yanında qalmaq üçün icazəsiz olaraq miqrant mərkəzindəki otaqlardan birində qalmaq qərarına gəlib.

Onu otaqdan çıxarmağa gələndə isə miqrant özünü öldürməyə cəhd edib.

Nauru Sakit Okeanda ada dövlətdir. Burada intiharlar 1899-cu ildən qadağan edilib.
Təqsirkar olduğunu etiraf edən iranlı 155 dollar həcmində cərimə ödəməli olacaq.
İttiham tərəfi cənab Nemətiyə iki aylıq həbs cəzası tələb edirdi. Prokurorluğa əsasən daha sərt hökm başqalarına ibrət dərsi ola bilərdi.

Avstraliyaya gələn mirqrantların sayı 2012- 2013-cü illərdə kəskin şəkildə artıb. Hazırda hökumət onların bir qismini Papua-Yeni Qvineya və Naurudakı mərkəzlərə yönləndirir.

İnsan axınını azaltmaq məqsədilə bəzən Avstraliyaya üz tutan miqrant gəmiləri geri qaytarılır.

Hökumətin miqrantlara dair siyasəti beynəlxalq aləmdə və ölkə daxilində tənqid olunur. (BBC Azərbaycanca)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR