Qatarla yük maşını toqquşdu: 8 ölü
Bizi izləyin

Dünya

Qatarla yük maşını toqquşdu: 8 ölü

Misirdə insanları daşıyan yük maşınının qatar ilə toqquşması nəticəsində azı səkkiz nəfər həlak olub, daha səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yerli KİV-lər xəbər verir ki, yol-nəqliyyat hadisəsi Misirin cənubunda Asuan əyalətində baş verib. Qəza nəticəsində bir neçə vaqon relsdən çıxıb. Hadisə yerində xilasetmə işləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm