Səudiyyə neftlə bağlı şərtini açıqladı
Bizi izləyin

Dünya

Səudiyyə neftlə bağlı şərtini açıqladı

Əgər İran Dohada neft istehsalının məhdudlaşdırılması ilə razılaşmasa, Səudiyyə Ərəbistanı da neft hasilatını məhdudlaşdırmayacaq.

Axar.az “Blumberq”ə istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı Müdafiə naziri Məhəmməd ibn Salman deyib.

“Əgər bütün böyük istehsalçılar hasilatı hdondurmayacaqlarsa, biz də həmçinin bu addımı atacağıq. Əks halda, istənilən əlverişli şərtlərtlə nefti satacağıq", — Salman qeyd edib.

Şahzadənin sözlərinə görə, qiymətlər 60 və ya 70 dollara yüksələrsə, bu inkişaf üçün güclü təkan olacaq.

Qeyd edək ki, 17 apreldə Qətərin paytaxtı Dohada neft istehsalçılarının görüşü planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm