Saakaşvili: ”Mənə cəmi 20 min qiymət qoyublar” - FOTO
Bizi izləyin

Dünya

Saakaşvili: ”Mənə cəmi 20 min qiymət qoyublar” - FOTO

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin qara piarının aparılması üçün 20 min dollar ayrılıb.

Axar.az xəbər verir ki, bu haqda məlumatı Saakaşvili öz Feysbuk şəbəkəsində yayıb.

Saakaşvili elektron ünvanına göndərilən məktubun surətini paylaşıb. Sözügedən məktubda PR şirkətində çalışan bir xanım qubernatorun qara piarının aparılması üçün 20 min dollar təklif aldıqlarını, ancaq şirkətin bununla razılaşmadığını yazır və o pulu götürən və qara piarı aparanların mövcudluğu xəbərdarlığını edir.

“Bəyəm, məni bu qədər ucuz qiymətləndirirlər?” – təəccübü ilə Saakaşvili bu sifarişin hardan gəldiyini dəqiq bildiyini paylaşdığı məktubun surətinə yazdığı şərhində qeyd edib:

“Hər dəfə sosial şəbəkələrdə qara piarımın aparıldığını görəndə sevinirəm ki, kimsə çörək pulu qazanır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm