ABŞ Suriya və İraqa xüsusi təyinatlıları göndərəcək
Bizi izləyin

Dünya

ABŞ Suriya və İraqa xüsusi təyinatlıları göndərəcək

Amerika Birləşmiş Ştatları Suriyadakı hərbçilərinin sayını artıracaq. Eyni zamanda İŞİD-ə qarşı həbri əməliyyatlarda vertolyotlardan da istifadə edəcək.

Publika.az xəbər verir ki, ABŞ Suriya və İraqdakı İŞİD terror qruplaşmasına qarşı mübarizə kampaniyasının miqyasını genişləndirmək niyyətindədir.

Obama administrasiyası bu məqsədlə Suriyaya xüsusi təlim görmüş onlarla hərbçi göndərəcək.

"New York Times"-ın yaydığı məlumata görə, Obama administrasiyası hazırda İŞİD-in paytaxtı rolunu oynayan Rakki şəhərini terrorçulardan təmizləmək məqsədilə hərbi əməliyyatların miqyasını artırmaq niyyətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm