Əsədə hərbi cavab hazırlanır - koordinasiya mərkəzi yaradıldı
Bizi izləyin

Dünya

Əsədə hərbi cavab hazırlanır - koordinasiya mərkəzi yaradıldı

Suriya müxalifəti atəşkəs razılaşmasını pozan Bəşər Əsəd rejiminə hərbi cavab verməyə hazırlaşır.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Azad Suriya Ordusu (ASO) və “Ahrar'uş Şam” briqadasının birgə bəyanatında bununla bağlı xəbərdarlıq edilib.

Suriyada fevralın 27-dən atəşkəs rejimi qüvvədədir. Atəşkəs rejimi İŞİD və “An-Nüsra” Cəbhəsi terror təşkilatlarına aid edilmir. Suriya müxalifəti hökumət qüvvələrini dinc əhaliyə qarşı hücumlarda ittiham edir.

Müxalifətin birgə bəyanatında qeyd edilir ki, hökumət qüvvələrinə qarşı əməliyyatın keçirilməsi üçün birləşmiş koordinasiya mərkəzi yaradılıb. Amma gələcək hücumların coğrafi koordinatları açıqlanmır.

Eyni zamanda bildirilir ki, rejim atəşkəs rejimini pozmaqda davam edərsə, Suriya müxalifəti Cenevrə sülh danışıqlarını tərk edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm