Türkiyədə gülənçilərə qarşı əməliyyat başlayır
Bizi izləyin

Dünya

Türkiyədə gülənçilərə qarşı əməliyyat başlayır

Türkiyədə camaata qarşı əməliyyat başlayır


Türkiyədə iqtidarla Gülən camaatı arasında qarşıdurma seçkidən sonra bir çox kadr dəyişiklikləri ilə müşahidə olunacaq.

Publika.Az türk mediasına istinadən xəbər verir ki, ictimai təhlükəsizlik nazirliyinin baş məsləhətçisi Fatih Acar bu gün vəzifədən çıxarılacaq imiş. Onun camaata bağlı olduğu iddia olunur. Məlumatlara görə, o bu vəzifəyə təyin olunandan sonra Milli Görüşə bağlı persona qarşı hərəkətə keçdiyi deyilir. Bu səbəbdən də onun “vurulacağı” deyilirdi. Lakin nazir Faruk Çelikin ona qahmar çıxması bunun qarşısını alıb.
Yeni kadr islahatlarının prezident Abdulla Gül tərəfindən də dəstəkləndiyi deyilir.

“Zaman” qəzetinin yazarı Ahmet Turan Alkan camaata qarşı əməliyyat olacağını iddia edib. Lakin onun fikrincə, bu əməliyyat müəyyən çərçivələrdə olacaq.“Müəyyən sərhədlər daxilində əməliyyat ola bilər. çünki Baş nazir söz verdi. Lakin “hinlərinə girəcəyik” şəkilində əməliyyat gözləmirəm. Çünki burda hin yoxdur. Hər kəs axşam olanda evlərinə gedir. Əgər belə bir yuva vardırsa bu günə qədər gözləmək xətadır”-deyə yazar bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm