Rusiya hərbi helikopterləri Polşaya soxuldu
Bizi izləyin

Dünya

Rusiya hərbi helikopterləri Polşaya soxuldu

Rusiyanın Hərbi Hava Qüvvələrinin üç döyüş vertolyotu Polşanın hava məkanına müdaxilə edib.

Publika.az xəbər verir ki, bu barədə “Polşa” radiosuna müdaxilənin baş verdiyi Varminsk-Mazurski vilayətinin meşə gözətçilərindən biri bildirib.

“Mən meşədə idim və birdən başımın üstündən döyüş hazırlığı vəziyyətində olan üç vertolyot keçdi. Rusiya istiqamətindən gələn vertolyotlar ağacların üstündə alçaqdan uçurdular. Onların fərqləndirici nişanlarını ayırd etmək mümkün idi”, - hadisənin şahidi deyib.

O, həmçinin qeyd edib ki, bundan dərhal sonra Rusiya vertolyotlarının uçuş marşrutunda Polşa sərhəd xidmətinin vertolyotları görünüb.

“Rusiya qoşunları öz güclərinin döyüş hazırlığını Polşa hava məkanında sınayırlar”, - radionun xəbərində deyilir.

Qeyd edək ki, Varminsk-Mazurski vilayəti Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəddir. Polşa hakimiyyəti hələ fövqəladə hadisəni şərh etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm