Obama Putinə təşəkkür etdi
Bizi izləyin

Dünya

Obama Putinə təşəkkür etdi

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Baraka Obama arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında prezidentlər Suriyadakı böhranın həlli yolları, atəşkəsə dair saziş və müvafiq ərazilərə humanitar yardımın çatdırılması məsələləri müzakirə edilib.

Həmçinin Obama Putinə Suriyada əsirlikdə saxlanılan ABŞ vətəndaşı Dousun azad olunması ilə bağlı minnətdarlığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm