ŞOK: İsveçdə terror təşkilatının nümayəndəliyi açıldı
Bizi izləyin

Dünya

ŞOK: İsveçdə terror təşkilatının nümayəndəliyi açıldı

PKK terror təşkilatının Suriya qolu olan PYD İsveçin paytaxtı Stokholmda nümayəndəliyini açıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PYD-nin silahlı qanadı olan YPG-nin qadın təşkilatı YPJ-nin rəhbəri Nəsrin Abdullahın da qatıldığı açılış mərasiminə İsveçin bir çox şəhərindən təşkilatın tərəfdarları iştirak edib.

YPJ-nin rəhbəri ötən həftə İsveçin müdafiə naziri Peter Hultqvist ilə görüşərək ondan Suriyada yaralanan PYD döyüşçülərinin İsveçdə müalicə edilməsini istəyib. Nəsrin Abdullah İsveçə gəlmədən əvvəl İtaliya və Fransaya səfər edərək səlahiyyətlilərlə görüşüb.

O, daha əvvəl Çexiyanın paytaxtı Praqada PYD nümayəndəliyinin açılışına qatılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm