İsrailə sərt reaksiya: “Ora ərəblərindir!”
Bizi izləyin

Dünya

İsrailə sərt reaksiya: “Ora ərəblərindir!”

Ərəb Dövlətləri Liqası İsrailin baş naziri Benyamin Netanyahunun Suriyanın işğal altındakı Colan Təpələri ilə bağlı şərhini pisləyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qurumdan edilən yazılı açıqlamada Colan Təpələrinin Suriyanın olduğu vurğulanıb.

“Baş nazir Netanyahunun İsrailin Colan Təpələrindən çıxmayacağına dair sözləri təzyiqi yüksəltməklə yanaşı beynəlxalq normalar, o cümlədən BMT Təhlükəsizlik Şurası qərarları və Cenevrə razılaşmalarının pozuntusudur”, - açıqlamada deyilir.

Bildirilir ki, işğal edilmiş Colan Təpələrinin geri alınması Suriya xalqının suverenlik hüququdur.

Qeyd edək ki, Netanyahu bildirib ki, beynəlxalq cəmiyyət İsrailin Colan Təpələri üzərindəki suverenliyini tanımalıdır. O, İsrailin Colan Təpələrini sonsuza qədər əlində saxlayacağını deyib.

Colan Təpələri 1967-ci ildə “altıgünlük müharibə”nin gedişatında İsrail tərəfindən işğal olunub. İsrail 1981-ci ildə Colan təpələrini öz ərazisinə qatıldığını rəsmən elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm