• USD 1,7000 0,00% EUR 2,0142 0,00%
    • GBP 2,2029 0,00% RUB 0,0227 0,00%

Ərdoğan: “İslam dünyasının içində 3 fitnə var” - VİDEO

  • Dünya
  • 19 Aprel 2016 17:00
  • 1 097 Baxış
Ərdoğan: “İslam dünyasının içində 3 fitnə var” - VİDEO

“İslam dünyasının içində üç fitnə var. Bunlar məzhəbçilik, irqçilik və terrordur”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan muxtarlarla (kənd icra nümayəndələri) görüşündə deyib.

“Məzhəbçilik islam dünyasında elə bir virus halına gəlib ki, bu sanki bir din kimi qəbul edilir. İslamın içində belə bir ayrı-seçkilik ola bilməz. İkincisi irqçilikdir. Bizdə boşnak, laz, çərkəz, türk və kürd deyə bir şey yoxdur. Üçüncüsü terrordur. Çox itkilər verdik, son 35 ildə 40 mindən çox vətəndaşımız terrorun qurbanı oldu. Terrora qarşı əməliyyatlar davam edəcək. Bu millətin dincliyinə kimsənin qəsd etməyə haqqı yoxdur. Terrorun üstünə sonuna qədər gedəcəyik”, - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti indiki sərhədlərin Türkiyənin son sərhədləri olduğunu bildirib: “Yüz il əvvəl 5 milyon kvadrat kilometr idi. Bunun ancaq 780 min kvadrat kilometrini qoruya bilmişik. Artıq o dövr geridə qalıb. Biz həm dövlətimizin fiziki sərhədlərinə sahib çıxacağıq, həm də könül sərhədlərimizi açıq saxlayacağıq”.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR