Avropa kurortları qan gölünə çevriləcək – ŞOK XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

Avropa kurortları qan gölünə çevriləcək – ŞOK XƏBƏRDARLIQ

“İslam dövləti”ndən (İŞİD) olan kamikadzelər məşhur Avropa kurortlarında terror aktları həyata keçirməyə hazırlaşırlar.

Publika.az “Bild” nəşrinə istinadən xəbər verir ki, bu barədə İtaliya xüsusi xidmət orqanları Almaniya kəşfiyyatına informasiyanı ötürüblər.

Nəşrin məlumatına görə, Fransa və İspaniyanın cənubundakı çimərliklər, həmçinin İtaliyanın hər iki sahili təhdid altındadır. İddiaya görə, terrorçular artıq plan hazırlayıblar. Plana görə, onlar ticarət edən qaçqınlar adı ilə yemək, içkilər və suvenirlərlə kurortlara daxil olacaqlar. Hücumlarda odlu silah və partlayıcılardan istifadə olunacağı ehtimal edilir.

Bu ilin martında ABŞ Dövlət Departamenti informasiya yayıb ki, İŞİD döyüşçüləri yaxın vaxtlarda Avropada terror aktları həyata keçirməyə hazırlaşırlar. İdarənin məlumatına görə, ilk növbədə böyük idman tədbirləri, teatrlar, bazarlar, hava limanları və digər nəqliyyat sistemləri terrorçuların hədəfi olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm