Ərdoğan: “Bu tələbləri Gəzi hadisələrində də gördük”
Bizi izləyin

Dünya

Ərdoğan: “Bu tələbləri Gəzi hadisələrində də gördük”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin Türkiyə ilə bağlı qəbul etdiyi qətnaməni şərh edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı qətnaməni geri qaytardıqlarını və bunun çox təbii olduğunu deyib.

“Bu qətnamənin yalnız iki başlığını anladım, qalanını siz onsuz da təxmin edərsiniz. Qətnamənin 17-ci maddəsində ətraf mühitlə bağlı həssaslıq bəhanəsi ilə Türkiyənin meqa layihələrindən narahatlıq ifadə edilir. Bu narahatlıq sizə tanış gəldimi? Mənə gəldi. Bu tələb Gəzi hadisələrində də qarşımıza gətirilmişdi. 17-25 dekabr əməliyyatlarının hədəflərindən biri də meqa layihələri həyata keçirən iş adamları idi. Müdafiə sənayesindəki layihələrimizə mane olmaq üçün ortaya çıxarmadığı problemlər qalmadı. İndi də eyni şifrə ilə Avropa Parlamentinin qətnaməsini görürük. Türkiyə 2023-cü il hədəflərindən imtina etməyəcək”, - Ərdoğan bildirib.

Türkiyəyə Akkuyu Nüvə Stansiyasının inşasının dayandırılması barədə çağırış etdiklərini deyən Ərdoğan bildirib ki, eyni çağırışı Avropada fəaliyyət göstərən nüvə stansiyaları ilə bağlı eşitmirlər: “Avropada fəaliyyət göstərən 135 nüvə stansiyasına nə edəcəyik? Dünyada fəaliyyət göstərən 444 nüvə stansiyasına nə edəcəyik? Tikilməkdə olan 62 stansiya üçün eyni çağırışı eşidən varmı? O zaman Türkiyədəki stansiya ilə əlaqədar bu narahatlıq haradan gəlir?”

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm