İŞİD-in Avropadakı terror aktlarının təşkilatçısı tutuldu
Bizi izləyin

Dünya

İŞİD-in Avropadakı terror aktlarının təşkilatçısı tutuldu

İŞİD terror təşkilatının Avropadakı hücumlarına dəstəyi təmin etdiyi iddia olunan 26 yaşlı şəxs İspaniyanın əsas turizm adası hesab olunan Mallorkada tutulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən şəxs keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

26 yaşlı bu şəxsin İŞİD-in Avropada planlaşdırdığı terror hücumlara dəstək verdiyi ehtimal edilir.

O, milli təhlükəsizliyə təhdid yaratmaqda, internet vasitəsilə İŞİD terror təşkilatı üçün yeni adamlar tapmaq və İŞİD-i xarici ölkələrdə lazım olan vasitələrlə təmin etmək və Avropa ölkələrində terror hücumları təşkil etməkdə günahlandırılır.

Şübhəlinin tutulduğu yerdə mövcud olan kompyuter və digər bu kimi avadanlıqlar da baxış keçirilməsi üçün müsadirə olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm