PKK-ya ağır zərbə - “Haçereş Gücü” çökdürüldü
Bizi izləyin

Dünya

PKK-ya ağır zərbə - “Haçereş Gücü” çökdürüldü

PKK terror təşkilatının Türkiyənin Bitlis vilayətində fəaliyyət göstərən qruplaşması çökdürülüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Muş bölgəsində təhlükəsizlik güclərinin keçirdiyi əməliyyatda 10 PKK-çı öldürülüb, 6-sı sağ ələ keçirilib.

Öldürülən və ələ keçirilən PKK-çılar arasında “yaşıl siyahı”da yer alan və başına bir milyon lirə (təxminən 350 min dollar) mükafat qoyulan terrorçular da var. Bitlisdəki bu qruplaşma “Haçereş Gücü” adlanır.

Dronlar və pilotsuz uçuş aparatlarından da istifadə olunan əməliyyatda 22 yeraltı və yerüstü sığınacaq məhv edilib. Axtarışlarda PKK-nın yüksək vəzifəli üzvlərinin də istifadə etdiyi 3 ədəd M-16 piyada tüfəngi, müxtəlif markalı və diametrli 20 uzun lüləli silah, bu silahlara aid 2500 patron və 50 daraq, 2 RPG-7 minaatan, 20 qumbara, 2 durbin və təşkilata aid çoxlu sayda sənəd ələ keçirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm