Rusiya və Çin anlaşdı: Yeni “mini-dövlətlər” yaradılır
Bizi izləyin

Dünya

Rusiya və Çin anlaşdı: Yeni “mini-dövlətlər” yaradılır

Mərkəzi Asiyada bufer “mini-dövlətlər” yaradılır

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra regionda yarana biləcək vəziyyətdən narahatdır.

Publika.Az – ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin Tacikistanda keçirilən toplantısında regiondakı vəziyyət, həmçinin Krımın Rusiyaya birləşməsi müzakirə olunub.

Təşkilatın üzvləri olan Çin, Qırğızıstan, Tacikistan və Özbəkistan Krımın Rusiyaya birləşməsi məsələsinə fərqli yanaşsalar da, onlar Qərb ölkələrindən fərqli olaraq Moskva ilə hərbi və hərbi-texniki münasibətləri davam etdirməyə hazırdır.

İclasda çıxış edən Rusiya müdafiə naziri Sergey Şoyqu Əfqanıstanda vəziyyətin sabitləşəcəyi barədə Qərb ölkələrinin ifadə etdiyi optimizmi bölüşmədiklərini bildirib. “Ölkədə beynəlxalq terror və dini ekstremist təşkilatlarının fəallığı əvvəlki kimi yüksəkdir" deyən Rusiya müdafiə nazirinin məlumatına görə, nəzarətin əfqan güc strukturlarına təhvil verdiyi rayonlarda silahlı müxalifətin aktivləşməsi müşahidə olunur. Rusiyalı nazir Rusiya sərhədlərinə yaxın ərazilərdə terrorçuların fəallığının güclənməsini proqnozlaşdırdıqlarını bildirib. O, ŞƏT daxilində terrorçuluğa qarşı mərkəzin yaradılması barədə Moskvanın verdiyi təklifin Pekin tərəfindən tamamilə dəstəkləndiyini dilə gətirib.

Ukraynadakı hadisələrdən danışan S.Şoyqu bu ölkədə hadisələr “Ərəb baharı” ssenarisi üzrə inkişaf etdiyini deyib. O, Ukraynanın indiki hakimiyyətinin ölkəni siyasi baxımdan dağılma təhlükəsi qarşısında qoyduğunu ifadə edib. Rusiya müdafiə naziri Kiyev rəhbərliyinin neonasistləri və rusofob əhval-ruhiyyəni dəstəkləməsi yalnız Ukrayna üçün deyil, həm də bütün Avropa üçün faciə gətirə biləcəyini qeyd edib.

Koalisiya qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra regionda yaranacaq vəziyyətin isə bağlı qapılar arxasında müzakirə olunduğu bildirilir. Hərbi-diplomatik mənbələrdən “Nezavisimaya gazeta”ya verilən məlumata görə, qapalı müzakirələrdə Əfqanıstanın MDB ilə sərhəd rayonlarında bufer ərazinin yaradılması barədə danışılıb. Bufer zonada yaradılacaq “mini-dövlətlər” ilə Əfqanıstandakı qeyri-sabitliyin Orta Asiyaya keçməsinin qarşısının alınması nəzərdə tutulub.

“Bu cür mini-dövlətlər ötən yüzilliyin 90-cı illərində Əfqanıstanın ərazisində mövcud idi. Özbəkistan “ərazi bütövlüyü” prinsiplərinə baxmayaraq, Əfqanıstanın şimalında taliblərlə mübarizədə özbək generalı Əbdül Rəşid Dustumun hakimiyyətini dəstəkləyirdi”, - “Nezavisimaya qazeta” yazır.

Qeyd edək ki, bu ilin əvvəlində özbək general Özbəkistan və Qazaxıstana səfər edib. Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazev hesab edir ki, generalın səfəri məhz bufer zonasının formalaşdırılması planları ilə bağlıdır. Etnik prinsip üzrə formalaşdırılması nəzərdə tutulan bufer ərazilərlə bağlı müzakirələrin həmçinin Tacikistan və Türkmənistanla məxfi aparıldığı bildirilir. İstisna edilmir ki, Tacikistan prezidenti Emomali Rahmonun başçılıq etdiyi nümayəndə heyətinin Əfqanıstana səfəri də məhz bu məqsədlə təşkil olunmuşdu.

“Azadlıq radiosu"nun türkmən xidmətinin məlumatına görə, Əfqanıstanın Faryab əyalətində - Əfqanıstan-Türkmənistan sərhədində bufer zonası artıq mövcuddur. Bildirilir ki, Aşqabad cənub sərhədini qorumaq üçün postsovet dövründə ilk dəfə məxfi səfərbərlik elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm