Kameron: “Türklərin buna haqqı yoxdur”
Bizi izləyin

Dünya

Kameron: “Türklərin buna haqqı yoxdur”

“Şengen zonasında deyilik. Türkiyə ilə Avropa Birliyi arasında viza rejiminin aradan qaldırılması barədə qərarı Şengen zonası qəbul edib. Belə bir qərar qəbul etmədik və etməyəcəyik”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İngiltərənin baş naziri Devid Kameron İngiltərə parlamentinin alt qanadı olan Avam Kamerasında təşkil edilən həftəlik “Baş nazirə suallar” iclasında deyib.

Baş nazir Şengen ölkələrinə ziyarət edən türklərin Britanyaya gəlmə haqqının olmadığını bildirib.

Qeyd edək ki, Avropa Birliyi ilə Türkiyə arasındakı viza rejimi iyunun sonunadək ləğv ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm