Putinlə Merkel arasında telefon danışığı olub
Bizi izləyin

Dünya

Putinlə Merkel arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə Ukrayna münaqişəsini müzakirə edib.

Publika.az xəbər verir ki, bu barədə aprelin 20-də Kreml məlumat yayıb.

Ukrayna ordusu bundan əvvəl ölkənin şərqində 3 əsgərinin həlak olması barədə məlumat yaymışdı. Ordu sözçüsü Andrey Lısenkonun sözlərinə görə rusiyapərəst separatçılar Kiyevin nəzarətində olan Mayorsk qəsəbəsini minaatanlardan atəşə tutublar. O həmçinin 5 əsgərin yaralandığını bildirir.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm