Rusiya filmlərinin nümayişinə QADAĞA
Bizi izləyin

Dünya

Rusiya filmlərinin nümayişinə QADAĞA

Rusiya filmlərinin nümayişi qadağan olunur

Ukrayna prezidenti Pyotr Poroşenko 2014-cü il 1 yanvar tarixindən sonra çəkilən Rusiya filmlərinin nümayişini qadağan edən qanunu imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə “112 Ukrayna” telekanalı bildirib.

Qadağa bədii filmlər, seriallara, proqramlar və televiziya verilişlərinə aiddir. Ukrayna Ali Radası qanunu 29 martda qəbul edib. Qanunun izahedici qeydində bildirilir ki, onun qəbulunda məqsəd ölkədə milli təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, cəmiyyətdə separatizm əhval-ruhiyyələrinin azaldılması və dövlətin nüfuzunun möhkəmləndirilməsidir.

Əvvəllər Ukraynada yalnız Rusiyanın “təcavüzkar siyasəti”nin təbliğatını aparan filmlər qadağan edilmişdi. 2014-cü ilin avqust ayından Ukraynada 400-dən çox Rusiya filmi və serialının yayımı qadağan edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm