“O zaman Üçüncü reyxlə tam oxşarlıq olacaq” – Moskvadan İTTİHAM
Bizi izləyin

Dünya

“O zaman Üçüncü reyxlə tam oxşarlıq olacaq” – Moskvadan İTTİHAM

“Çox güman ki, Ukraynanın paytaxtında və ölkənin başqa şəhərlərində qadağan edilmiş kitabları yandırmağa başlayacaqlar. O zaman Üçüncü reyxlə tam oxşarlıq olacaq”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin Ukrayna prezidenti Pyotr Poroşenkonun Rusiya filmlərinin translyasiyasını qadağan edən qanunu imzalamasını şərh edərkən deyib.

Bundan başqa, Narışkin Rusiya telekanallarını Ukrayna müəlliflərinin əsərləri üzrə çəkilən filmləri daha çox göstərməyə çağırıb.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko 2014-cü il 1 yanvar tarixindən sonra çəkilən Rusiya filmlərinin translyasiyasını qadağan edən qanunu imzalayıb. Qadağa bədii filmlər, seriallara, proqramlar və televiziya verilişlərinə aiddir. Ukrayna Ali Radası qanunu 29 martda qəbul edib. Qanunun izahedici qeydində bildirilir ki, onun qəbulunda məqsəd ölkədə milli təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, cəmiyyətdə separatizm əhval-ruhiyyələrinin azaldılması və dövlətin nüfuzunun möhkəmləndirilməsidir.

Əvvəllər Ukraynada yalnız Rusiyanın “təcavüzkar siyasəti”nin təbliğatını aparan filmlər qadağan edilmişdi. 2014-cü ilin avqust ayından Ukraynada 400-dən çox Rusiya filmi və serialının yayımı qadağan edilib.

Kitabların yandırılması təcrübəsi isə 1930-cu illərdə Almaniyada geniş yayılıb. Nasistlər şəhərlərin mərkəzi meydanlarında “vətəndaşlar üçün zərərli” olan məşhur alman və xarici müəlliflərin nəşrlərini tonqallarda yandırırdılar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm