İŞİD nüvə bombardmançıları ilə vuruldu
Bizi izləyin

Dünya

İŞİD nüvə bombardmançıları ilə vuruldu

Qətərin “El-Udeyd” təyyarə bazasına aprelin əvvəlində gətirilən B-52 Amerika strateji bombardmançıları bu həftə İŞİD-in mövqelərinə ilk zərbələrini endirib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ ordusunun Mərkəzi komandanlığının rəsmi nümayəndəsi polkovnik Stiv Uorren deyib.

Onun sözlərinə görə, B-52 bombardmançılarından biri İraqın şimalında yerləşən Kayyara şəhərində İŞİD-in silah anbarını məhv edib. Zərbələr çərşənbə axşamı və çərşənbə günlərində davam edib.

Uorren vurğulayıb ki, B-52 strateji bombardmançılarından İraq və Suriyada İŞİD-in ən əhəmiyyətli obyektlərinə yüksək dəqiqliklə aviazərbələrin endirilməsi üçün tətbiq ediləcək.

B-52 bombardmançıları Yaxın Şərqdə ilk dəfə 1991-ci ildə yerləşdirilib. Onlardan İraqa qarşı həyata keçirilən “Səhrada tufan” əməliyyatında istifadə edilib. Təhlükəsizlik qaydalarına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Qətərdə yerləşdirilən B-52 strateji bombardmançılarının ümumi sayı haqqında məlumatları açıqlamır. Amma KİV-in iddiasına görə, “Barksdeyl” təyyarə bazasından (Luiziana ştatı) Qətərə ən azı altı təyyarə gətirilib.

B-52 strateji bombardmançıları B1-B bombardmançılarını əvəz edib. B1-B-lərdən əvvəllər İŞİD-ə zərbələr vurulması üçün istifadə olunurdu. Bu təyyarələr müasirləşdirilməsi üçün ABŞ-dakı bazalara qaytarılıb. B-52-lər strateji nüvə bombardmançıları hesab olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm