ABŞ Avropanın qaz bazarını Rusiyanın üzünə bağlayır
Bizi izləyin

Dünya

ABŞ Avropanın qaz bazarını Rusiyanın üzünə bağlayır

ABŞ Avropanın qaz bazarını Rusiyanın üzünə bağlayır

Ukrayna hadisələri Rusiya enerjidaşıyıcısılarından Avropanın asılılığının azaldılması məsələsini daha da aktuallaşdırıb.Publika.Az – ın “unian.net” saytına istnadən verdiyi məlumata görə, Vaşinqton bu məsələdə Avropaya yardım etmək qərarına gəlib.

Saytın yazdığına görə, ABŞ 2015-ci ildən başlayaraq, Avropaya qaz ixrac etməyə başlayacaq. Bu barədə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinger və xarici siyasət məsələləri üzrə komissarı Ketrin Eştonun iştirakı ilə keçirilən Avropa İttifaqı-ABŞ Məsləhət Şurasının iclasında çıxış edən ABŞ dövlət katibi Con Kerri bildirib.

“Biz Avropanin tələbatının ödənilməsi üçün daha çox qaz çatdıracağıq. Bu vacib çağırışlara cavab vermək üçün əhəmiyyətlidir. Hansı ki, hazırda Ukraynada mövcuddur”, - ABŞ dövlət katibi deyib.

Daha əvvəl isə Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Boyko ABŞ-dan mayeləşdirilmiş qaz idxalı üçün terminal inşa etməyi planlaşdırdığını bildirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm