Yeni addım: ZƏLZƏLƏ VERGİSİ
Bizi izləyin

Dünya

Yeni addım: ZƏLZƏLƏ VERGİSİ

Ekvadorda meydana gələn 7.8 bal gücündə zəlzələ nəticəsində həlak olan insanların sayı 600 nəfərə çatıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ekvador prezidenti Rafael Korrea məlumat verib.

Prezident zəlzələnin vurduğu zərərləri qarşılamaq üçün əlavə dəyər vergisini 2 dəfə artırdığını bəyan edib. O deyib ki, əlavə dəyər vergisi daha çox zənginlərə şamil olunacaq: “Zəlzələ nəticəsində 2 minə yaxın bina yararsız hala düşüb, 24 min adam isə evsiz qalıb. Baş verən bu zəlzələ nəticəsində ölkəyə təqribən 3 milyard dollardan artıq maddi ziyan dəyib. Artıq ölkədə bütün fövqəladə tədbirlər həyata keçirilir. Bunun üçün vergilər də artırılıb. Bir milyon dollardan çox sərvəti olan imkanlı şəxslər gəlirlərinin bir hissəsini məcburi olaraq dövlətə köçürəcəklər. Aylıq maaşı 1000 dollar olan şəxslərin isə aylıq gəlirlərinin bir gününün vəsaiti dövlətə veriləcək. Bundan əlavə, dövlətə aid olan bir sıra mülklər satışa çıxarılıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm